Bakıda külək əsir, bölgələrdə yağış, qar yağır - YENİLƏNİB - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 10-u saat 15:00-a olan məlumata əsasən, hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Lerik və Şahdağda 20 m/s-dək güclənib.
Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Tərtər, Ağstafa, Qax, Şəki, Qəbələ, Xaçmaz, Quba, Qusar, Şabran, Mingəçevir, Ceyrançöl, Sabirabad, İmişli, Beyləqan, Lənkəran və Astarada arabir yağış yağır. Şahdağda isə qar yağır.
Göygöl, Şəki, Qax, Qəbələ, Şamaxı, Altıağac, Quba və Xaltanda duman müşahidə olunur və görünüş məsafəsi 200 m-dək məhdudlaşır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 23, Aran rayonlarında eləcə də dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...