Bakıda külək ağacları aşırdı

Bakıda külək ağacları aşırdı
Sosial 158

Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 14 ağacın aşması qeydə alınıb:

"Bu kimi hallar daha çox Sabunçu, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac və onun qırıntıları hadisə yerindən götürülüb, fəsadlar aradan qaldırılıb".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər