Bakıda koronavirusa görə bağlanan məktəb açıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusun yayılmasına görə distant təhsilə keçən Bakıdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.
Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Oxşar xəbərlər
Bakıda daha 3 məktəbdə dərslər dayandırıldı
Paytaxtdakı 166, 248 və 258 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. BAKU.WS xəbər verir ki, 166 nömrəli tam orta...