Bakıda kirayə mənzillər bahalaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kirayə mənzillər bahalaşıb.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, aprel ayında Bakıda kirayə mənzillərin qiymətində 2.98 faiz artım müşhadiə edilib. Ticarət obyektlərinin icarəsi bazarında isə 0.78 faiz azalma olub.
N.İbrahimov qeyd edib ki, kirayə mənzillərin qiymətinin bahalaşmasının səbəbi koronavirus pandemiyası ilə əlaqədar təklif portfelinin azalması olub.
O bildirib ki, insanlar mənzillərini kirayə vermək üçün pandemiyadan sonrakı dövrü gözləməyə üstünlük verib. Bu dövrdə ticarət obyektlərinə tələbatın azalması isə icarə qiymətlərinin ucuzlaşmasına səbəb olub.
Oxşar xəbərlər
Kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB
Kirayə mənzillərə müraciət başlayır: şərtlər necədi, hansı sənədlər lazımdır və kimlər müraciət edə biləcək? BAKU.WS xəbər verir ki, bununla bağlı iqtisadçı-eks...