Bakıda karantin qaydalarını pozan sürücü həbs edildi - FOTO

Bakıda karantin qaydalarını pozan sürücü həbs edildi - FOTO
Sosial 226

Hövsanda xüsusi karantin qaydalarını pozan sürücü inzibati qaydada həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

Belə ki, Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib.

Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zeynallının saxlanılması qısa zamanda təmin edilib.

O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etmək tələb olunur.

Son xəbərlər