Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.
BAKU.WS-in xəbərinə görə, bu barədə report-un sorğusuna cavab olaraq "Liv Bona Dea Hospital"dan məlumat verilib.
Xəstəxananın baş həkimi Cabir Gülmalıyev isə bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə "Liv Bona Dea Hospital"a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib: "Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...