Bakıda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Fidan" şadlıq sarayından, "Rahib", "Sehirli Təndir", "Qaynana" və "Kükü" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...