Bakıda fantastik qiymətə kirayə bağ evləri - VİDEO

Bakıda fantastik qiymətə kirayə bağ evləri - VİDEO
Video
Sosial 526

Bağ mövsümünün başlamasına az qalmış artıq indidən kirayə üçün müraciət edənlər var.

BAKU.WS xəbər verir ki, rieltorların sözlərinə görə hazırda müraciətlərin çox olmasının başlıca səbəbi mövsüm qabağı qiymətlərin nisbətən ucuz olmaısıdır.

Əmlakçılar bildirir ki, bağ evlərinin rəsmi mövsümü aprel ayının sonu, may ayının əvvəlində başlasa da amma qiymət artımının daha çox iyun ayında artması ehtimal edilir.

Maraq isə daha çox həyəti böyük və ən əsası içərisində hovuz olan evlərədir. Belə evlərin qiyməti də digərlərinə nisbətdə daha bahadır

Qiymətlərin ucuz və bahalılığına təsir edən digər amil isə bağ evinin yerləşdiyi ərazi, şəraiti və evin böyük və kiçikliyidir.

Bağ evlərinin qiymətinin artmasına daha çox təsir edəcək amil rusiya ukrayna müharibəsinə görə rusların avropaya çıxışına məhdudiyyətlərin qoyulması olacaq.

Ölkəmizə daha çox rus turistlərin gəlişi bağ evlərinə təlabatı artıracaq ki, buda qiymətlərdən yan keçməyəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər