Bakıda ən çox yoluxma bu rayonda qeydə alınıb - RƏSMİ
29
may
2020
18:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir".
BAKU.WS xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O əlavə edib ki, bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb: "Yoluxma yüksək olan rayonlar Masallı, Xaçmaz, Beyləqan, Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdir. Bu ərazilərin sakinlərinin qaydalara ciddi əməl etmələrini tövsiyə edirik".
Oxşar xəbərlər
Naxçıvanda koronavirusa yoluxanların sayı açıqlandı
“Gündəlik təqdim edilən rəqəmlərin içərisində Naxçıvan Muxtar Respublikasının göstəriciləri də olur”. BAKU.WS xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdar...