Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub
Sosial 90

2022-ci ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 761,4 milyon manat olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 640,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 84,1 faizini təşkil edib.

2022-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 88,2 faiz artaraq 96,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 80,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 83,9 faizini təşkil edib.

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5627 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər