Bakıda “dəhşətli sentyabr tıxacı” başlayır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni tədris ilinin başlamasına saylı günlər qalır. On minlərlə şagird və tələbənin təhsil müəssisələrinə gediş-gəlişi paytaxtda yolların yükünü daha da artıracaq. Nəticədə böyük tıxaclar qaçılmaz olacaq.
BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət yol polisi idarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyib ki, dərs ilinin başlanması ilə əlaqədar paytaxtda hərəkətin intensiv olduğu küçə prospektlərində gücləndirilmiş qayadada xidmət təmin olunacaq.
Onun sözlərinə görə, respublika ərazisində qeydiyyata alınan 1 milyon 700 minə yaxın nəqliyyat vasitəsinin 70 faizi Bakıda idarə olunur. Bu, paytaxt yolarında hərəkət dinamikasına ciddi təsir edən əsas amillərdən biridir. Baş inspektor xüsusilə sentyabrın 15-də sürücüləri diqqətli olamağa çağırıb.
Ekspert Ərşad Hüseynov qeyd edib ki, 1 həftədən sonra paytaxt küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edə bilərik. Onun sözlərinə görə indiki vəziyyətdə ictimai nəqliyyat artan təlabatı qarşılamaq iqtidarında deyil. Bakıda xəttə buraxılan avtobusların sayında da azalma müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev bildirib ki, sentyabrın 15-dən sonra gözlənilən sıxlıq nəzərə alınaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib.
Verilən tapşırıqların icra səviyyəsi isə sentyabrın 15-dən sonra məlum olacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...