Bakıda daha bir müəllim koronavirusdan vəfat etdi - FOTO

17
apr
2021
15:32
Bakıda 286 nömrəli tam orta məktəbin müəllimi koronavirusdan vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Qayıbova 56 yaşında dünyasını dəyişib.
Məlumata görə, İ.Qayıbova bir müddət əvvəl koronavirusa yoluxub və onun digər yanaşı xəstəliyi də olub.
Qeyd edək ki, İ.Qayıbova uzun müddətdir 286 nömrəli tam orta məktəbdə müəllim vəzifəsində çalışırdı. O, pedaqoji fəaliyyətə 1986-cı ildən başlayıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu məktəblər distant tədrisə keçdi - Direktor və müəllimlər yoluxub
Paytaxtdakı 39, 59 və 98 nömrəli tam orta məktəblərin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. BAKU.WS xəbər verir ki, 98 nömrəli tam orta məktəb...
