Bakıda çoxmərtəbəli binadakı yanğında zərərçəkən ana və övladının müalicə xərclərini "Nargis" Fondu öz üzərinə götürdü

Bakıda çoxmərtəbəli binadakı yanğında zərərçəkən ana və övladının müalicə xərclərini Nargis Fondu öz üzərinə götürdü
Sosial 160

Yasamal rayonunda çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində zəhərlənərək ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən ana - 1990-cı il təvəllüdlü Rəna Vüqar qızı Qəmbərova və azyaşlı övladı - 2015-ci il təvəllüdlü Leyli Əli qızı Qəmbərlinin müalicə xərclərini "Nargis" Fondu öz üzərinə götürüb.

BAKU.WS xəbər verir ki, zərərçəkmiş ailə Fondun göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Göstərilən diqqət və qayğının onlar üçün böyük mənəvi dayaq olduğunu qeyd edib. Ailə nümayəndələri Fondun operativ reaksiyasını, tibbi təminatın tam şəkildə ödənilməsini və onlara göstərilən humanist yanaşmanı yüksək qiymətləndirib.

Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova həlak olublar. 20 nəfər isə tüstüdən zəhərlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

Sentyabrın 21-dən 27-dək olan həftə bəzi bürclər üçün yeni imkanlar, münasibətlərdə dəyişikliklər və gözlənilməz xəbərlərlə yadda qala bilər. BAKU.WS xəbər veri...

137 Sosial 23:38 20 sentyabr 2026

Son xəbərlər