Bakıda çörək sexində xoşagəlməz vəziyyət - FOTO

Bakıda çörək sexində xoşagəlməz vəziyyət - FOTO
Foto
Sosial 274

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Xətai rayonu, 2-ci zeytun sovxozu 165 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədli Turan Məmməd oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması faktı aşkar edilib.

Belə ki, müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və bildirir ki, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər