Bakıda bu ərazilərdə bayram çadırları qurulub - QİYMƏTLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlayıb.
BAKU.WS xəbər verir ki, bayram yarmarkaları metronun "Neftçilər", "Gənclik", "İnşaatçılar, "Nəriman Nərimanov" və ''Azadlıq'' stansiyalarının yaxınlığında qurulur.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov "Xəzər Xəbər"ə deyib ki, ümumilikdə paytaxtın 12 rayonunda 20-yə yaxın bayram çadırı fəaliyyət göstərəcək.
Yarmarkalarda əsasən müxtəlif ölçülü yolkalar, şaxta baba-qar qız oyuncaqları və müxtəlif suvenirlər satışa çıxarılıb. Rusiya, Türkiyə və Çin istehsalı olan yolkalar müxtəlif qiymətə təklif edilir. Bəzədilmə zamanı istifadə edilən işıqların qiyməti isə 3-18 manat arasında dəyişir.
İntiqam Məmmədov əlavə edib ki, təklif edilən məhsullar digər satış obyektləri ilə müqayisədə 10 faiz ucuz olacaq. Yarmarkalar bayram günləri bitənə kimi fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...