Bakıda bu ərazidə işıqforlar İŞLƏMİR
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən "Günəş Petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı işıqforlarda problem yaranıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən yolda işıqforlarda yaranan texniki problemin qısa müddətdə həll edilməsi üçün zəruri işlər görülür.
Bu məqsədlə hazırda əməkdaşlar qeyd edilən ünvandadırlar. Sürücülərdən xahiş edilir ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar "Yol hərəkəti haqqında" Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...