Bakıda bitməyən avtobus dərdi - Sürücülər qapılarını niyə bağlamır? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda hələ də qapısı açıq halda avtobus idarə edənlərə rast gəlmək mümkündür. İllərdir bu barədə yazılsa, tənqid olunsa da, məsələ həllini tapmır.
Əsasən şəhər ətrafı ərazilərdə və qəsəbələrdə avtobus sürücüləri qaydaları kobud şəkildə pozur, qapılar açıq şəkildə maşını idarə edirlər.
Səhər saatlarında Biləcəri qəsəbəsində 202 saylı avtobusun sürücüsü də qapıları açıq şəkildə idarə edib. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.
Həmçinin bildirilir ki, belə hallar, demək olar, hər gün baş verir. Qəsəbə ərazisində işləyən avtobusların əksəriyyəti kənd ərazisində qapıları bağlamırlar. Yalnız şəhərə çatana yaxın qapılar bağlanır.
Problemin nə zaman həll olunacağı isə bilinmir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...