Bakıda bayram konsertləri keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda bayram konsertləri keçiriləcək.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Bildirilib ki, dekabrın 31-i saat 15:00-dan 16:00-a kimi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyat İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində üç yerdə (1 - Natəvanın heykəlinin qarşısı, 2 - Xaqani bağı və 3 - Fəvvarələr bağı) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər sakinləri və qonaqlar üçün konsert proqramları təşkil ediləcək.
Konsertdə muğam triosu, skripka triosu və cazmenlər maraqlı proqramlarını təqdim edəcəklər.
Oxşar xəbərlər
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. BAKU.WS xəbər verir ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq...