Bakıda avtobusda itən pul kisəsi tapılaraq sərnişinə təqdim edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 65 saylı müntəzəm marşrut xətti üzrə avtobusda sərnişinin pul kisəsi tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi məlumat yayıb.
İçərisində xeyli pul və şəxsi sənədlər olan kisə sürücü tərəfdən ofisə təqdim edilib. İtirilmiş əşya daha sonra sahibinə təhvil verilib.
Bildirilib ki, şirkətin istismarında olan bütün avtobuslar videomüşahidə kameraları ilə təchiz edilib və daimi onlayn izləmə mövcuddur. Bu ilin geridə qalan 8 ayı ərzində daxili işlər orqanlarından daxil olmuş 100-ə qədər sorğuya əsasən görüntülər aidiyyəti üzrə təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
146 avtobus ünvana GECİKİR
Paytaxt yollarında 63 marşrut xətti üzrə gecikmə müşahidə edilir. Vahid Dispetçer Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində...