Bakıda 60 minə yaxın şagird üçün diaqnostik qiymətləndirmə keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
2019-2020-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün diaqnostik qiymətləndirmə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib.
Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib. İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib.
Monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib. Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil edilib.
Oxşar xəbərlər
Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust tarixlərində aparılacaq
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub gö...