Bakıda 5 saniyəyə 500 ev satıldı: MİDA-nın mənzillərini kimlər, necə aldılar?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Güzəştli şərtlərlə onlayn satışa çıxarılan 500 mənzil çox qısa zamanda satılıb.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı ciddi narazılıqlar yer alıb. Bilirilir ki, hətta 5-6 saniyədə mənzil almaq mümkün olmayıb və mənzillər 5 saniyədə "yoxa çıxıb”.
Sözügedən hadisə ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz AZXEBER.COM-a münasibətini bildirib: "Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub. Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur. Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir".
Ekspertin sözlərinə görə, prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün öncədən təkliflər verilib: "Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik. Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.
BAKU.WS mövzu ilə bağlı MİDA ilə əlaqə saxladı. Bir qədər sonra MİDA məsələ ilə bağlı açıqlama yayacaq. Açıqlamanı təqdim edəcəyik.
Qeyd edək ki, mənzillər "Güzəştli mənzil” sistemi vasitəsilə satılır. Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
Oxşar xəbərlər
Regionda ilk "Sosial ev"lərin satışı başlanır - Aylıq 207 AZN - RƏSMİ
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışına başlayır. BAKU.WS xəbər verir ki, bu barədə...