Bakıda 31 marşrut xəttinə əlavə 112 avtobus verilib

Bakıda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 112 avtobus cəlb edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Həmin nəqliyyat vasitələri sərnişin tələbatının daha çox müşahidə edildiyi 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətləri üzrə istifadəyə verilib. Hazırda müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir.
Məlumata görə, daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib. Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb. Eyni zamanda paytaxtda yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.

Oxşar xəbərlər
AQTA tanınmış qida obyektlərini cərimələyib - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra qida obyektlərini cərimələyib. Bu barədə BAKU.WS-ə AQTA-dan bildirilib. Belə ki, 15-19...