Bakıda 2, dağlıq rayonlarda 23 dərəcə şaxta var
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü Altıağacda 25, Lerikdə 24, Qaxda 22, Xaltan, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Şamaxı, Oğuzda 11, Zaqatalada 10, Şabranda 9, Kürdəmir, Biləsuvar, Lənkəranda 8, Qobustan, Astarada 6, Daşkəsən, Göytəpədə 5, Ağdərə, Ağsu, Balakəndə 3, Xaçmaz, Göygöldə 2, Qrız, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında 8-10 santimetrədək olub.
Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Yevlax, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2°, Aran rayonlarında 2°, Naxçıvan MR-da 8-13°, dağlıq rayonlarda 18-23° şaxta olub.
Oxşar xəbərlər
Bakıya 8-10 sm-dək qar yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. BAKU.WS xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın bildirdiy...