Bakıda 1 manata dönər satılır - Ölmüş heyvanın ətindən hazırlanır? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bəzi yerlərdə dönər və ayran 1 manata satılır. Əsasən metroların giriş-çıxışında bu qiymətə dönərlərə rast gəlmək mümkündür.
Maraqlıdır ki, toyuq ətinin kiloqramı 6-7 AZN, mal ətinin isə 14-15 AZN-ə olduğu təqdirdə dönərlər bu qədər ucuz qiymətə necə satılır?
Nəzərə almaq lazımdır ki, ölkədə çörəyin qiyməti 70 qəpik, xiyarın kiloqramı 1.50-2 manat, pomidorun 2-3 manat arası, ayranın isə minimum 50 qəpikdir.
Bütün bunları özündə cəmləşdirən dönərin qiymətinin 1 manat olması təəccüb doğurur. Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev atv-yə bildirib ki, heç bir şəxs keyfiyyətli məhsulunu ucuz qiymətə satmaz: "Bir çox hallarda bu ətlər ölmüş heyvanların ətləri olur".
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...