Bakı-Tbilisi-Bakı sərnişin qatarının qrafikində dəyiliklik edilməyib

Bakı-Tbilisi-Bakı sərnişin qatarının qrafikində dəyiliklik edilməyib
Sosial 163

2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması ilə əlaqədar Bakı-Tbilisi-Bakı sərnişin qatarı Böyük Kəsik stansiyasına qədər hərəkət edib Bakıya qayıdır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən BAKU.WS-ə verilən məlumata görə, bununla bağlı Bakı-Tbilisi-Bakı sərnişin qatarının Azərbaycan ərazisindəki hərəkət cədvəlinə, stansiyalara çatma və yola düşmə vaxtlarına dəyişiklik edilməyib.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı qatarına alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər