Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “Baku Bus” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında qeyd edilib.
Müvafiq videoçarx sosial şəbəkə üzərindən “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva tərəfindən paylaşılıb. Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.
Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.
Qalereya
Oxşar xəbərlər
“Başqası ilə getsinlər” - Pik saatları “səhv salan” ekspres qatarı kimə lazım idi? + FOTO
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Sumqayıt-Bakı ekspres qatarı fəaliyyətə başlayıb. Ekspres qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət...