Bakı-Sumqayıt yolu ilə bağlı PROBLEM - Dayanacaq olsun
09
dek
2025
16:52
Bakı-Sumqayıt yolunun Saray postu yaxınlığında piyadalar çətin anlar yaşayır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazidə nə avtobus dayanacağı, nə də piyada keçidi var. Bu hissədən 500 və 503 nömrəli yeni "BakuBus" marşrutları keçsə də, dayanacaq olmadığı üçün avtobuslar burada sərnişin götürüb-düşürmür.
Sakinlər problemin uzun müddətdir davam etdiyini bildirir və ərazidə həm dayanacaq, həm də təhlükəsiz piyada keçidinin yaradılmasını tələb edirlər.
Həmin yerdən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının 9-cu iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov AQEM-...