Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.
Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.
Qalereya
Oxşar xəbərlər
146 avtobus ünvana GECİKİR
Paytaxt yollarında 63 marşrut xətti üzrə gecikmə müşahidə edilir. Vahid Dispetçer Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində...