Bakı-Sumqayıt qatarlarından istifadə edənlərə ŞAD XƏBƏR - Say kəskin artdı
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin sıxlığını qismən tənzimləmək məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların hərəkətinə qismən dəyişikliklər edir.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O, bildirib ki, bununla da mövcud reys sayına 61 reys əlavə olunur. İş günlərinin qrafikinə gəldikdə hazırda mövcud olan 66 reysə 26 reys əlavə edilərək say 92-yə çatdırılır.
"Şənbə və bazargünlərinin qrafiki hazırda eyni olsa da, 1 apreldən bu fərqli olacaq. Şənbə günü qrafikə 22 reys əlavə edilərək, say 52-yə qaldırılıb. Bazar günlərində intensivlik nəzərə alınaraq gün ərzindəki 30 reysə daha 13-ü əlavə edilib", - deyə A. Fərəcov qeyd edib.
Oxşar xəbərlər
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-qu...