Bakı-Sumqayıt qatarlarının gecikməsinin səbəbi məlum oldu - RƏSMİ
Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarların fəaliyyətində yaranan problemin səbəbi dəqiqləşib.
“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova BAKU.WS-ə bildirib ki, qatarların gecikməsinə səbəb yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnməsidir.
Onun sözlərinə görə, texniki problem qısa müddətdə aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub: "Nəzərinizə çatdırırıq ki, texniki problemlərdən dünyanın heç bir ölkəsi sığortalanmayıb. Belə forsmajor halların yaşanması qaçılmazdır. Bu vəziyyət tez-tez olmur, təsadüf hallarda baş verir. Söhbət bu gün Sumqayıt – Bakı qatarında yaşanan hadisədən gedirsə, xəbər verdiyimizkimi, yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnib. Nəticədə qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Amma bu texniki problem qısa müddətdə aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub"
Natəvan Bayramova həmçinin deyiob ki, Bakıətrafı qəsəbələrə işləyən elektrik qatarlarında yaxın müddətdə gediş haqlarının qaldırılması gündəmdə deyil.
O, həmçinin ödəniş sistemlərində hər hansı yeniliyin nəzərdə tutulmadığını vurğulayıb: “Azərbaycan dəmir yolları” QSC-nin xüsusi ödəniş kartı var. Sərnişinlər də ödənişi bu kart vasitəsilə həyata keçirirlər. Bakıkart sisteminə inteqrasiya isə nəzərdə tutulmur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Külək Bakı-Sumqayıt qatarının hərəkətini dayandırdı
Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a qatarın sərnişinləri bildiriblər.Onların sözlərinə...