Bakı-Şuşa-Bakı avtobus reyslərinin sayı artırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin sayını artırır.
BAKU.WS bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.
Təhlillər nəticəsində Şuşaya reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Şuşaya həftədə 5 dəfə səfər edəcəklər.
Oxşar xəbərlər
Şuşaya biletləri kütləvi alıb baha qiymətə satanlara XƏBƏRDARLIQ
Sosial şəbəkələrdə bəzi turizm şirkətlərinin Bakı – Şuşa istiqamətində turlar təşkil etməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avt...