Bakı Şəhər Halqası: “Bu il bilet satışında bütün rekordları qırmışıq”

Bakı Şəhər Halqası: “Bu il bilet satışında bütün rekordları qırmışıq”
Sosial 58

“Statistikaya görə, bu il bilet satışında bütün rekordları qırmışıq”.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Qurum rəsmisinin sözlərinə görə, bu il keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır.

“Abşeron” tribunasının B seksiyası, Filarmoniya, Sahil və Bulvar tribunalarına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribuna üçün ayrılmış biletlər də bitəcək”, - deyə o bildirib.

T.Teymurov vurğulayıb ki, “Formula-1” yarışı artıq yeddinci ildir ki, Azərbaycanda keçirilir:

“Lakin ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər