Bakı-Şamaxı-Yevlax yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-26-cı km-lik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycandan İran sərhədinədək inşa edilən yeni magistral yolun tikintisi yekunlaşır - FOTO/VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Astara-İran magistral yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisini yekunlaşdırmaq ü...