“Şamaxinka” - “VAZ dairəsi”ndən istifadə edən sürücülərə MÜRACİƏT

“Şamaxinka” - “VAZ dairəsi”ndən istifadə edən sürücülərə MÜRACİƏT
Sosial 72

Bu gün saat 23:00-dan saat 5:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı km-lik hissəsində (“Şamaxinka” - “VAZ dairəsi”) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-ə verilən məlumata görə, nişanlanma xətlərinin yenidən rənglənməsi bir neçə gün davam etdiriləcək və işlər yalnız gecə saatlarında aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Xatırladaq ki, bundan öncə sözügedən magistral yolun 16-30.5-ci km-lik hissəsində də hər iki istiqamətdə analoji işlər aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq

DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 23:00-dan sabah saat 05:00-a qədər Bakının Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Badamdar şosesinə qədər olan hissədə) hər iki istiqamət...

3 Sosial 11:25 11 iyul 2023

Son xəbərlər