Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırılıb
10
noy
2025
17:55
Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar olaraq yaranmış nəqliyyat sıxlığı aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.
"Sürücülərdən xahiş olunur ki, yol hərəkəti hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar", - deyə qurumdan bildirilir.
Oxşar xəbərlər
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"
Bakıda yol xətlərinin silinməsi və yenidən çəkilməsi zamanı yaranan çaşqınlıq sürücünün cərimələnməsinə səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müraci...