Bakı polisindən vətəndaşlara mənzil oğruları ilə bağlı XƏBƏRDARLIQ
16
sen
2019
10:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Oğru daxil olmaq istədiyi obyekti seçərkən əvvəlcə yolunu kəsən maneələri nəzərdən keçirir. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə yaxalanan şübhəli şəxslər ilkin ifadələrində bildiriblər ki, onlar üçün ən cəlbedici oğurluq ünvanı mühafizə olunmayan, gözdən iraq yerlərdə yerləşən mənzillər, gəliş-gedişi az olan obyektlərdir”.Bu barədə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə açıqlamasında bildirib.Qurum rəsmisi vurğulayıb ki, ünvan seçilərkən oğru əsas diqqəti ona yönəldir ki, yaxınlıqda polis olmasın, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizlik sistemi – həyəcan çağırışı olmasın:“Əgər əvvələr evdə heç kimin olmadığını müəyyən etmək üçün işıq, qaz sayğacları nəzərdən keçirilirdisə, bu gün artıq onlar üçün ən böyük "təhlükə", polisin təşkil etdiyi mühafizə sistemidir.”E.Hacıyev diqqətə çatdırıb ki, bir vaxtlar mühafizə olunan yerlərdə quraşdırılan təhlükəsizlik sistemindən məlumat telefon kabelləri ilə polisə çatırdısa, artıq ünvana kənar müdaxilənin olması ilə bağlı informasiya elektromaqnit dalğaları ilə ötürülür:“Hətta sistem o qədər təkmil təchiz olunub ki, mühafizə olunan yerə daxil olub, sistemi dayandıracağından arxayınlaşan adam artıq polisin gəlməyəcəyini zənn edir.Ancaq mühafizəyə cəlb olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasını şərtləndirir”.
Oxşar xəbərlər
Bakı polisindən Pənah Hüseyn və Tural Abbaslıya xəbərdarlıq
Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəv...