Bakı Nəqliyyat Agentliyi ehtiyat avtobusları xəttə buraxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar xəttə buraxılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
M.Ağayev bildirib ki, ehtiyat avtobuslar zərurət olduqca daşımalara cəlb olunacaq.
Ümumilikdə xəttə 100 ədədə yaxın ehtiyat avtobus buraxılıb.
Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.
Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir.
Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik.
Qalereya
Oxşar xəbərlər
Taksi fəaliyyətində vahid qiymətin tətbiqi nə ilə nəticələnə bilər?
"Taksi fəaliyyətində istər dispetçer mərkəzinin yaradılması, istər kvotanın müəyyənləşdirilməsi, istərsə də vahid qiymətin tətbiqi kimi məsələlərə ehtiyac yoxdu...