Bakı metrosundan YENİ AÇIQLAMA
Bakı metropolitenində 2025-ci ilin dekabr ayında 5 milyon 068 min 343 sərnişin NFC texnologiyası ilə ödəniş edib ki, bu da ümumi ödənişlərin 23,93 %-ni təşkil edir.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, NFC ödənişlərin tətbiq olunduğu ilk iki ay ərzində bu üsulla ümumilikdə 7 milyon 233 min 200 sərnişin keçidi qeydə alınıb.
Noyabr ayı ilə müqayisədə NFC ödənişlərin sayında 134,11 % artım müşahidə olunub.
Qeyd edək ki, Bakı metrosunda NFC əsaslı ödəniş sisteminin tətbiqinə ötən ilin 1 noyabr tarixindən başlanılıb. Hazırda metrodan keçid zamanı NFC-ni dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödəniş etmək mümkündür.
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Qaz İxrac"...