Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ! Noyabrın 30-dan...

Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ! Noyabrın 30-dan...
Foto
Sosial 718

"Bakmil" istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli noyabr ayının 30-dan dəyişdiriləcək.

BAKU.WS xəbər verir ki, qatarların bu stansiyaya və əksinə hərəkət cədvəli noyabr ayının 29-da "Bakı Metropoliteni" QSC-nin rəsmi "metro.gov.az" internet saytının müvafiq bölməsində yerləşdiriləcək.

"Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Lakin bu stansiyadan qatarların hərəkəti yalnız "Əhmədli" stansiyasına və geri olmaqla təşkil olunacaq. "Əhmədli" və "Həzi Aslanov" stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.

"Əhmədli-Həzi Aslanov" stansiyalarından qatarların hərəkət cədvəli "Bakı Metropoliteni" QSC-nin rəsmi "metro.gov.az" internet saytının "Sərnişinlər" bölməsinin "Qatarların hərəkət cədvəli" yarımbölməsində yerləşdiriləcək.

Yaşıl xəttin "Xətai-Cəfər Cabbarlı" mənzili və Bənövşəyi xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.

Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ! Noyabrın 30-dan...

Oxşar xəbərlər

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən e...

300 Sosial 23:43 10 sentyabr 2025

Son xəbərlər