Bakı metrosunda YENİLİK
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metroda istifadə olunan işarəvermə və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin və aksesuarların alınması məqsədilə yeni tender elan edib.
BAKU.WS-in məlumataına görə, müsabiqənin ümumi dəyəri 713 min manat təşkil edir.
Satınalma elektromexaniki avtostoplar, tunelə keçidə nəzarət qurğuları, sürətin avtomatik tənzimlənməsi üçün rəqəmsal tipli generatorlar, yoldəyişdirici elektrik intiqalı, kurbel aparatları və dispetçer sərəncamedici telefon stansiyasını əhatə edir.
Bu tender metro sistemində təhlükəsizlik, rabitə və idarəetmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.
Oxşar xəbərlər
"Yəqin ki, yerində nəsə tikəcəklər" - Binəqədidə ağaclar niyə qurudulub?
Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə əsasən, paytaxtın 9-cu mikrorayon, Mircəlal küçəsi, 241 ünvanında ərazi hasarlanıb, çəpərlənən sah...