Bakı metrosunda qatarlar 20 yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 12:00-da “Bakı Metropoliteni” QSC-də qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq matəm fiti verib.
Bu barədə BAKU.WS-ə qurumdan bildirilib.
Məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hazırda Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırıldığı üçün anım mərasimi yalnız "Nərimanov” elektrik deposunda baş tutub. Matəm fiti deponun yollarında yayılıb.
Səhmdar cəmiyyətinin rəhbərliyi və kollektivin nümayəndələri burada canını Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...