Bakı Metropolitenindən "20 Yanvar" stansiyasında doğulan körpəyə BÖYÜK JEST
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qeyri-adi hadisə yaşanıb.
Metroda olan sərnişinlərdən biri elə stansiya daxilində körpə dünyaya gətirib. Dünyanın bir sıra ölkələrində metropolitenlərdə və ya digər ictimai nəqliyyat vasitələrində körpə dünyaya gəlməsi xüsusi jestlərlə qarşılanır. Belə ki, bəzi şəhərlərdə uşağın ailəsinə ömürlük metro bileti, müəyyən güzəştlər və ya xatirə sertifikatları təqdim olunur.
Maraqlıdır, Bakı Metropoliteni bu hadisə ilə bağlı hər hansı güzəşt və ya imtiyaz tətbiq edəcəkmi?
Məsələ ilə bağlı qurum mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, bununla bağlı metro müsbət addımlar atacaq. Metroda doğulan körpəyə xüsusi hədiyyə veriləcək.
Banu Hüseynli
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib...