“Bakı Metropoliteni” rəsmisi: “Karantin qaydalarına nəzarət çətinləşib”
Yeniliklərdən dərhal xəbərdar olun
“İlk həftə ərzində sərnişinlərin sayı xeyli az olduğu üçün sosial məsafəni saxlamaq çox rahat idi”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, sərnişin sayının artması metropolitendə insanlar arasında sosial məsafənin qorunmasını bir qədər çətinləşdirib:
“Mayın 9-dan metropoliten öz fəaliyyətini bərpa edib. Həmin həftə sərnişinlərin sayı o qədər az idi ki, hətta iki metrdən daha artıq sosial məsafə saxlamaq olurdu.
Lakin vətəndaşların yaşayış yerlərini SMS icazə vasitəsilə tərk etmələrinə dair qadağa ləğv olunduqdan sonra metropolitendən istifadə edənlərin sayı artıb.
Bu da təbii olaraq, sərnişinlər arasında karantin qaydalarına nəzarəti bir qədər çətinləşdirir. Ümumilikdə, nisbətən artım müşahidə edilsə də, bu artım metronun normal günlərdə gündəlik sərnişin sayından çox deyil. Çünki bizim sərnişinlərimizin çoxunu tələbələr təşkil edirdi.
Hər halda, sosial məsafənin qorunması və tibbi maskaların taxılması zəruri olaraq qalır. Sərnişinlərin tibbi maskaları çıxarıb ciblərinə qoymamaları, qatarlarda oturacaqlara qoyulan işarələrə əməl etmələri xahiş olunur”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...