Bakı məktəblərinin 51 sinfi qəbul imtahanlarında 100 % nəticə göstərib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 51 sinfi ali məktəbələrə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək, məzunların hamısı tələbə adını qazanıblar.
Bu barədə BAKU.WS-ə İdarədən məlumat verilib.
Belə ki, paytaxtdakı 287 nömrəli "Zəkalar" liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.
Bundan əlavə, 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316 nömrəli tam orta məktəblərin və 220 nömrəli məktəb-liseyin 1 sinfi yüz faiz nəticə göstərib.
Oxşar xəbərlər
Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA - YENİLƏNİB
Abituriyent” jurnalının 12-ci sayında qeyd edilən məlumatlara əsasən, ötən il 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul ol...