Bakı məktəbində kütləvi zəhərlənmə: Bütün şagirdlər xəstəxanadan evə buraxılıblar - YENİLƏNİB - VİDEO

Bakı məktəbində kütləvi zəhərlənmə: Bütün şagirdlər xəstəxanadan evə buraxılıblar - YENİLƏNİB - VİDEO
Video
Sosial 362

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

***16:25

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə şagirdlər yeməkdən, daha dəqiq desək "Nuggets"dən zəhərləniblər.

BAKU.WS xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi BAKU.TV-yə bildirib ki, "Nuggets" yediyi üçün məktəblilər xəstəxanaya yerləşdiriliblər: "Ürəyi bulanmağa başlamışdı. Sonra aşağı apardılar. Ordan da həkimə aparılıblar".

Məktəbin müəllimi Rüxsarə Abbasova deyib ki, onun sinfində də uşaqlar eyni yeməkdən qəbul etsə də, heç bir problem yaranmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər