Bakı küçələrinin birində maşınlar zibili yol kənarından yığır - ŞİKAYƏT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yolboyu zibil qutuları yerləşdirilməyib. Nəticədə sakinlər zibili yol kənarına atırlar. Bu isə ərazinin zibillənməsinə və ətrafı üfunət qoxusunun bürüməsinə səbəb olur.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a həmin küçənin sakinləri tərəfindən şikayət daxil olub. Qeyd olunub ki, məsələ ilə bağlı dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə olmayıb.
“Zibil maşını səhər saat 9-10 arası gəlib zibilləri yol kənarından yığır. Hər gün bu qoxuya dözmək məcburiyyətindəyik”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...