"Bakı KOB evi"ndə daha bir xidmət fəaliyyətə başlayıb

Bakı KOB evində daha bir xidmət fəaliyyətə başlayıb
Sosial 136

Bu gündən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Bakı KOB evi"ndə daha bir xidmət fəaliyyətə başlayıb.

BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) təqdim etdiyi xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu artıq "Bakı KOB evi"ndə həyata keçiriləcək. Bu xidmətdən istifadə etmək istəyənlər DDLA-nın "Bakı KOB evi"ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Müvafiq xidmət, eləcə də KOB evlərində sahibkarlıq subyektlərinə göstərilən digər xidmətlərlə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından və ya 131 Çağrı Mərkəzindən öyrənmək olar.

KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox "G2B" və "B2B" xidmətlər göstərilir.

Son xəbərlər