Bakı bulvarında çökmə olub
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisində çökmə baş verdiyini əks etdirən fotolar yayılıb. Sözügedən çökmənin Bakı Kristal Zalın yanındakı ərazidə qeydə alındığı deyilir.
BAKU.WS xəbər verir ki, “Dənizkənarı Milli Park” MMC-nin direktoru Rafael Niftəliyev məsələylə bağlı “qafqazinfo”ya açıqlama verib.
O qeyd edib ki, çökmə hadisələri zamanla bulvar ərazisinin ayrı-ayrı hissələrində baş verir: “Buna ərazinin sahilətrafı yer olması, həm də relyef təsir edir.
Ancaq mütəmadi olaraq briqadalarımız bulvar ərazisində işləyir. Onlar çökmə baş verən əraziləri bərpa edirlər. Həmin ərazi də bərpa ediləcək”.
Oxşar xəbərlər
İlham Əliyevdən Bakı Bulvarının dəyişdirilməsilə bağlı YENİ QƏRAR
Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyası və müvafiq yenidənqurma (rekonstruksiya) proqramı hazırl...