Bakı avtovağzalında onlayn bilet satışında fasilə yarana bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mərkəzi serverlərində onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi üçün texniki-profilaktik işlər həyata keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Kompleks məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və onlayn bilet satışı prosesinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq bu gün saat 22:00-dan sabah saat 00:00-a qədər texniki-profilaktik işlər həyata keçiriləcək.
"Profilaktik işlər zamanı “avtovagzal.az” saytının fəaliyyətində fasilələr yarana bilər. Yaranacaq müvəqqəti narahatlığın vətəndaşlar tərəfindən anlayışla qarşılanacağına ümid edirik", - deyə Kompleks bəyan edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...