Bakıda çempion güləşçilər maaş verilmədiyi üçün ayağa qalxdı (VİDEO, FOTO)

Bakıda çempion güləşçilər maaş verilmədiyi üçün ayağa qalxdı (VİDEO, FOTO)
Video
Sosial 15891
   

Bakıda bir ay sonra Sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan idmançılarımızın etiraz aksiyası başlayıb.

Bu barədə BAKU.WS-in hadisə yerində olan əməkdaşı məlumat verir.

İdmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə çağırış edir.

Aksiyaçılar arasında Azərbaycanı dünya arenasında təmsil edən idmaçılarımız var. "Excelsior" otelin qarşısında təxminən 30-a yaxın güləşçi etiraz edir. Onların əsas iddiası budur ki, güclü və əzmli olmaq üçün onlara yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almadıqlarını bildirirlər: "Yemək verilmir, həkimlər, masajistlər yoxdur."

Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir.

Tuncay

BAKU.WS 

 

Bakıda çempion güləşçilər maaş verilmədiyi üçün ayağa qalxdı (VİDEO, FOTO)

Bakıda çempion güləşçilər maaş verilmədiyi üçün ayağa qalxdı (VİDEO, FOTO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dünya çempionatına hazırlaşan azərbaycanlı idmançılardan - BOYKOT

Dünya çempionatına hazırlaşan azərbaycanlı idmançılardan - BOYKOT

Bir ay sonra Sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan idmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məs...

4970 İdman 09:49 28 iyul 2017

Son xəbərlər